U-17 Liqası: 30-cu tura yekun vuruldu

Dünən «Bakcell U-17 Liqası»nda 30-cu tura yekun vuruldu.

Bazar günü Aviasiya Akademiyasının stadionunda baş tutan «Zirə» - «Mil Muğan» matçında meydan sahibləri böyük hesablı qələbəyə sevindilər. Meydan sahiblərindən Ramin Əhmədov bu oyunda «poker» etməklə yadda qaldı. Turun qalan 5 oyunu dünən keçirildi.

Gün ərzində Binə qəsəbə stadionunda 2 maraqlı oyun oldu. Əvvəlcə turun mərkəzi oyununda «Neftçi» «Keşlə»ni qəbul etdi. Son 3 turda inamsız təsir bağışlayan və qələbə qazana bilməyən «Keşlə» Müşviq Qənbərovun gəlişindən sonra məğlubiyyət üzü görməyən «Neftçi»yə qalib gəldi və bununla da Nadir Əliyevin komandası medallar uğrunda intriqanı son turlara qədər saxlaya bildi. Bu oyundan bir qədər sonra meydana çıxan «Qarabağ» və çempion «Qəbələ» isə meydanı qol vurmadan tərk etdi. Qələbə qazana bilməmək  «Qarabağ»ın medal şansını demək olar ki, «sıfır»a bərabərləşdirdi. «Neftçi»nin xal itkisindən «Səbail» maksimum yaralandı. Lənkəranda «Xəzər Lənkəran»ın qonağı olan bakılılar qalib gəlməklə «Neftçi» ilə xallarını bərabərləşdirdilər. İndi Füzuli Məmmədovun komandası «Neftçi»dən yalnız şəxsi oyunlardakı qeydə alınan nəticələrə görə geri qalır. Gələn həftə bu komandalar arasındakı qarşılaşma gümüş medalın taleyinə böyük ölçüdə aydınlıq gətirə bilər.

Daha iki oyun əyalətdə baş tutdu. «Sumqayıt» «Kəpəz»i böyük hesabla məğlub etdi. «Neftçi» İK İB isə Ağsu səfərindən 3 xalla dönməyi bacardı.

«Zirə» - «Mil Muğan» 9:0

Qollar: Allahyar İsgəndərov, 17; Ramin Əhmədov, 25 (pen.), 33, 58, 72; Seyxan Fərəcov, 47; Anar Nəsibov, 65;  Rəvan Babazadə, 84, 88;

«Neftçi» - «Keşlə» 1:2

Qollar: İsmayıl Zülfüqarlı, 19 – Uğur Cahangirov, 12; Samir Abdullayev, 53;

«Sumqayıt» - «Kəpəz» 4:0

Qollar: Cavidan Abbaszadə, 9; İbrahim Novruzov, 39 (pen); Cəlal Cəbrayılov, 66, 75;

«Xəzər Lənkəran» - «Səbail» 0:2

Qollar: Bayram Vəliyev, 15; Bayraməli Qurbanov, 25;

«Ağsu» - «Neftçi» İK İB 0:2

Qollar: Elyar Vahabov, 39; İlqar Tağıyev, 57;

«Qarabağ» - «Qəbələ» 0:0

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi»), İbrahim Novruzov («Sumqayıt»)  – 25 qol, Xəlil Bəşirov («Səbail») – 24 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

 

U-17 Liqasında 31-ci turun oyunları mayın 7-də keçiriləcək: «Kəpəz» - «Xəzər Lənkəran», «Səbail» - «Neftçi», «Keşlə» - «Ağsu», «Neftçi» İK İB – «Zirə», «Mil Muğan» - «Qarabağ», «Qəbələ» - «Sumqayıt». Oyunların başlama vaxtı və yeri haqqında əlavə məlumat verəcəyik.

 

«Het-trik news» 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right