"Bakcell Arena" təmirə bağlanır

8-ci km stadionu ot örtüyünün yenilənməsi prosesi ilə əlaqədar bu gündən etibarən təmirə bağlanacaq.

Newsport.az xəbər verir ki, bu barədə məlumatı AFFA yayıb. Hazırkı ot örtüyündə son oyun AFFA - “Aqro Sport” şirkətinin (arenanın ot örtüyünə xidmət göstərən qurum) və “Neftçi”nin əməkdaşlarından təşkil olunmuş komandalar arasında keçirilib. Qarşılaşma 4:4 hesabı ilə başa çatıb.

Qeyd edək ki, beynəlxalq ənənəyə əsasən, stadionun ot örtüyü yenilənməzdən əvvəl köhnə ot örtüyü üzərində son oyun həmin arenaya aidiyyatı olan qurumların əməkdaşları arasında keçirilir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right