Bakı klubunun rəhbərliyindən gözlənilməz qərar ÖZƏL

Birinci divizionda hazırda beşinci pillədə qərarlaşan "Sabah"da baş məşqçi dəyişikliyi baş tutacaqı gözlənilir.

Newsport.az saytına daxil olan məlumata görə, rəhbərlik Arif Əsədovun işinə son verilir. Rəhbərlik təcrübəli mütəxəssisə komanda yığılanda güvənsə də, onunla yolları ayırmağı qərara alıb. Artıq Arif Əsədovu bu postda hansı məşqçinin əvəz edəcəyi də məlumdu.

Belə ki, rəhbərlik Vasif Haqverdiyevlə anlaşıb. "Səbail"in 19 yaşlılardan ibarət heyətinin baş məşqçisi kimi çalışmış Haqverdiyev bundan sonra "Sabah"a başçılıq etdirə bilər. Vaxtilə "Qarabağ"da da futbolçu kimi çıxış etmiş Haqverdiyev məşqçi kimi "Əlincə" və "Vətən"də məşqçi kimi fəaliyyət göstərib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right