"Qarabağ" "Barselona"ya qol vuran hücumçuya elçi düşdü

"Barselona" dünən 25-ci dəfə İspaniya çempionu oldu.

35-ci turun səfər matçında "Deportivo" ilə qarşılaşan qonaqlar 4:2 hesablı qələbəyə sevindi və bununla da vaxtından əvvəl çempionluğu təmin etdi.

"Barselona"nın heyətində Filip Koutino (7-ci dəqiqədə) və Lionel Messi (38, 82 və 85-ci  dəqiqələrdə) fərqləndir. "Deportivo"dan isə isə Lukas Peres (40-cı dəqiqədə) və Emre Çolak (64-cü dəqiqədə) qonaqların qapısına yol tapdı. 

«Deportivo» gələn sezona Sequndada başlayacaq. La Liqada mövsümün başa çatmasına 3 tur qalmış 28 xalı olan komanda turnir cədvəlində ona yaxın olan «Levante»dən 12 xal geri qalır.

Newsport.az-ın məlumatına görə, «Qarabağ» dünən «Barselona»ya qol vuran Lukas Pereslə danışıqlara başlayıb.

29 yaşlı ispaniyalı yarımmüdafiəçi ötən ildən «Deportivo»nun formasını geyinir və 31 oyuna 5 qol vurub. O, bura 2016-cı ildə «Arsenal»dan qayıdıb.

Çünki London klubunadək - 2014-2016-cı illərdə də lokoroniyalıların şərəfini qoruyub. «Alaves»in yetirməsinin hazırkı komandasıyla müqavilə müddəti iyunun əvvəlində bitəcək. 

Lukas poststvet futboluna yaxşı bələddi. 2011-2014-cü illərdə Ukraynada – «Karpatı» və «Dinamo»da (Kiyev) legioner həyatı yaşayıb. Burdan isə Yunanıstana – PAOK-a yollanıb.

Sportinfo.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right