"Futbol saatı" efirə qayıdır

10 ildən artıq müddətdə «Xəzər»TV-də yayımlanan «Futbol saatı» yenidən efirə qayıdır.

Newsport.az-ın məlumatına görə, bu haqda kanal rəhbərliyinin kollektivlə görüşündə danışılıb.

Hələlik rəsmi qərar yoxdu, sadəcə, verlişin avqustdan bərpa olunmasına dair şifahi razılıq var.

Əlbəttə, «Futbol saatı» ekrana dönsə, buna yalnız sevinmək və kanal başbilənlərini alqışlamaq olar. Sözügedən proqramm ölkə futboluna çox şey verib, qazandırıb.

Ceyhun Rzayev, Emin Abbasov və Sənan Abdullayev «Futbol saatı»nı futbolsevərlərə sevdirib, daim açıq polemikaya, mübahisələri məsələlərin həllinə yer verib.

Ötən 1 il ərzində yoxluğu hər həftə hiss olundu. Güman edirik ki, «Futbol saatı» bu dəfə efirə birdəfəlik dönəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right