Əvəzedicilərin yarışında 25-ci tura yekun vuruldu

Topaz Premyer Liqasında çıxış edən klubların əvəzedici heyətləri arasında təşkil olunan ölkə birinciliyində 25-ci tura yekun vurulub.

 

Newsport.az xəbər verir ki, son oyun günündə “Sumqayıt” "Səbail"i qəbul edib. Qonaqlar bu oyunda qalib gələrək vahid liderə çevrilə bilərdilər. Lakin paytaxt təmsilçisi bu tapşırığın öhdəsindən gələ bilməyib  Oyun 1:1 hesablı heç-heçə ilə başa çatıb. 

 

Əvəzedicilərin yarışında turnir cədvəlinə 46 xalla "Səbail" başçılıq edir. Eyni xala malik olan "Qəbələ" ikincidir.39 xalı olan "Zirə" üçüncüdür. "Sumqayıt" isə 30 xalla altıncı pillədə qərarlaşıb.

 

Əvəzedicilərin çempionatı, 25-ci tur

30 aprel

 

"Sumqayıt" - "Səbail" 1:1

Qollar: Elvin Nəsibov, 75 - Asif Mirili, 66.

 

28 aprel

 

"Zirə" - "Qarabağ" 2:0

Qollar: Müşfiq İlyasov, 18. Milad Bayramov, 53.

 

29 aprel

 

"Qəbələ" - "Kəpəz" 0:0

 

"Keşlə" - "Neftçi" 0:2

Qollar: Qədir Bayramov, 65; 78.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right