“Neftçi”nin 70 günü

“Neftçi”nin Azərbaycan Premyer Liqasındakı məğlubiyyətsiz oyunlar seriyası qırılıb. 

 

Newsport.az xəbər verir ki, Bakı təmsilçisi 25-ci turun “Keşlə” ilə səfər matçında 1:2 hesabı ilə uduzub.

 

“Ağ-qaralar” bunadək ardıcıl 8 görüşdə meydanı xalsız tərk etmirdi. Tərlan Əhmədovun yetirmələri sonuncu dəfə 16-cı turun fevralın 17-də keçirilən “Sumqayıt”la matçından xalsız ayrılmışdı - 0:2.

 

70 gündən sonra məğlubiyyət acısı yaşayan “Neftçi” bu müddətdə 5 qələbə qazanıb, 3 heç-heçə edib.

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right