“Keşlə” 150-yə çatdı

Azərbaycan Premyer Liqasının 25-ci turunun “Neftçi” ilə oyunundakı 2:1 hesablı qələbə “Keşlə” üçün əlamətdar olub. 

 

Newsport.az xəbər verir ki, Yuri Maksimovun yetirmələrinin bu qələbəsi klub tarixində çempionatdakı ev oyunlarında əldə olunan 150-ci uğur kimi düşüb. Əvvəllər “Xəzər Universiteti” və “İnter” adları altında da çıxış edən paytaxt klubu öz meydanında keçirdiyi 258-ci görüşdə 150-ci dəfə qalib gəlib. “Keşlə” evdəki digər qarşılaşmalarda 65 heç-heçə edib və 43 dəfə uduzub.

 

“Keşlə” Azərbaycan çempionatları tarixində evdə ən çox qələbə qazanan 5-ci komandadı. Bakılılar “Qarabağ”, “Neftçi”, “Kəpəz” və “Turan”dan geri qalır.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right