Vurğun Hüseynov: "Müqavilə düşünəsi halda deyilik" Müsahibə

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt” “Səbail”i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunnlaşıb.

Matçdan sonra "Sumqayıt"ın müdafiəçisi Vurğun Hüsenov Newsport.az-ın suallarını cavablandırıb. 


- Milliyə qatılmaq şansın var. Özünü hazır hiss edirsənmi?

- Əgər şans verilsə oynayaram. Lakin düzünü demək lazımdırsa, özümü tam hazır hiss etmirəm. Hələ tam bərpa olduğumu deyə bilmərəm. 

- "Kəpəz"lə oyuna əsas heyətdə çıxa bilərsənmi? Bu haqda sənə məlumat verilibmi? 

- Məşqçilər heyəti şans versə əlimdən gələni edəcəyəm. 

- Komanda əsas 2 oyuna məğlub oldu. Ümumiyyətlə, səncə bu məğlubiyyətlərin səbəbi nədir?

- Mənim yadıma gəlmir ki, hansısa oyunda bu qədər qol epizodu yaradaq. Çox istərdik qalib olmağı, bunun üçün çalışdıq da. Sadəcə şans bizdən yana deyildi. Ümidimizi qarşıdaki oyunlara bağlamışıq. Belə davam etsək, nəticə də yaxşı olacaq. 

- Belə davam etsəniz məğlub ola bilərsiniz...

-Öz üzərimizdə işləyəcəyik. 

- Komandanın müdafiəsi haqqında nə düşünürsən? Bir neçə müddət komandaya kömək edə bilməmişdim. Həmin dövrlərdəki oyunları necə dəyərləndirirsən?

- Bəxtiyar, Bəhlul - biz hamımız eyni səviyyəli futbolçularıq. Onlar da əllərindən gələni ediblər. 

- Müqavilənin vaxtı bitir. Nə düşünürsən bu barədə?

- İndi elə bir vəziyyətdir ki, müqavilə düşünəsi halda deyilik. Biz "Sumqayıt"la tarix yazmaq istəyirik. Bunu həll edək, sonra müqavilə məsələsinə baxarıq. 

-"Sumqayıt" futbolçularının "qiyməti" artıb. Bir neçə təkliflər də gəlir. Bəs səni çağıran başqa komandalar olubmu? 

- Mənə hansısa təklif gəlməyib. Gəlsə də heç fikirləşmərərm. Çünki hələ qarşıda oyunlarımız və məqsədimiz durur. O məqsədə çataq, sonrasına baxarıq.

Mərdan HƏSƏNOV/ Sumqayıt





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right