Bəxtiyar Həsənəlizadə: "Böyüdüləsi heç nə yoxdur" Müsahibə

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində "Sumqayıt" doğma azarkeşləri önündə "Səbail"i qəbul edib. 
 
Oyundan sonra "Sumqayıt"ın müdafiəçisi Bəxtiyar Həsənəlizadə Newsport.az-ın suallarını cavablandırıb:
 
- Yaxşı oynadıq. Epizodlarımızı dəyərləndirə bilmədik. Məğlubiyyətin də səbəbi məhz budur. Ancaq böyüdüləsi heç nə yoxdur. Hər şey qarşıdadır. İnşallah növbəti oyunlara köklənəcəyik.
 
- Nəticə ədalətli idi?
- Deməzdim belə oldu. "Səbail"in 2-3 qol epizodu oldu ki, bunlar da qolla nəticələndi. Ancaq biz ən azı 6 qol epizodu yaxaladıq, lakin rəqibi bir dəfə mərkəzə dəvət etdik. Şanslarımızı dəyərləndirə bilsəydik, hesab başqa cür ola bilərdi.
 
- Bu tur əsas rəqibləriniz məğlub oldu. Həmin oyunların bu matça təsiri oldu?
- Bilirdik ki, udmaq lazımdır. Arxayınlıq yox idi. Epizodları qola çevirmək lazım idi. Oyunumuz pis alınmadı.
 
- Növbəti tur səfərdə "Kəpəz"lə qarşılaşacaqsız. Rəqibin artıq heç bir iddiası da qalmayıb. Gəncə komandası I Divizona düşüb. Bu matçda "Sumqayıt" qalib gələ bilər?
- Gəncə səfəri bütün komandalar üçün çətin olur. Çalışacağıq ki, qalib gələk. Fürsəti əldən vermək istəmirik. İnşallah, vermərik. Qələbələrin ardı gələcək və "Sumqayıt" avrokuboklara vəsiqə qazanacaq.
Mərdan HƏSƏNOV/ Sumqayıt




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right