Cavid Tağıyev: " Rəqiblərin xal itirməyinə sevinmişdik" Müsahibə

Azərbaycan Premyer Liqasının 25-ci turu çərçivəsində “Sumqayıt” doğma meydanda “Səbail”i qəbul edib. (1-2)

Oyundan sonra ev  sahiblərinin hücumçusu Cavid Tağıyev Newsport.az-ın suallarını cavablandırıb:

- Maraqlı və gərgin oyun alındı. Bu görüş bizim üçün çox mühüm idi. Mütləq qələbə qazanmalı idik. Lakin sonda məğlub olduq. Fikrimcə, heç nə bitməyib. İrəlidə üç qarşılaşma var. Çalışacağıq ki, həmin görüşlərdə maksimum nəticə göstərək. Bu oyunu yaddan çıxarmaq lazımdır və qarşıdakı matçlara köklənməliyik.

- Növbəti turda “Kəpəz”lə qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsən?

- Bilirik ki, Gəncədə hər bir komanda üçün çətin olur. Lakin biz də Avroliqaya vəsiqə qazanmaq üçün çətinliklərə qatlaşmalıyıq. İnanıram ki, həmin çətin səfərdən qələbə ilə qayıdacağıq.

- Yaranan bir neçə epizoddan istifadə edə bilmədiz. Səncə, nə çatışmadı?

- Bu oyuna çox ciddi hazırlaşmışdıq. Sadəcə, şansımız gətirmədi. Rəqiblərimiz də xal itirdikləri üçün dərk edirdik ki, qələbə vacibdir. Lakin son nöqtəni qoya bilmədik. Bu, futboldur. Vurmayana vururlar.

- Dünən baş tutan qarşılaşmaların nəticəsi sizdə arxayınlıq yaratmamışdıki?

- Xeyr, oyuna arxayın çıxmamışdıq. Düzdür, rəqiblərin xal itirməyinə sevinmişdik, lakin rahat deyildik. Nəticədə, yaranan vəziyyətdən istifadə edə bilmədik.

- Hakimlikdən razı qaldın?

- Bu haqda danışmaq istəmirəm. Hamımız insanıq və səhv edə bilərik. Düşünmürəm ki, ciddi səhvlər oldu.

- Səncə, Avroliqa şanslarınızı qoruyub saxlaya biləcəksinizmi?

-Yenə bildirirəm ki, əgər, Avroliqaya vəsiqə qazanmaq istəyiriksə, yalnız qələbə qazanmalıyıq. Hər şey özümüzdən asılıdır. Hal-hazırda Avroliqaya getmək baxımıından ən yüksək bizim şanslarımızı dəyərləndirirəm. Bunu qoruyub saxlamalıyıq.

Mərdan HƏSƏNOV/ Sumqayıt





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right