Samir Əliyev: "Mən deməklə nəsə düzələcəksə, deyim"

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt” “Səbail”i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunnlaşıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Səbail”in baş məşqçisi Samir Əliyev oyun haqda danışıb:

"7 oyundu qalib gəlmirdik. Qələbə vacib idi. Baxmayaraq ki, “Sumqayıt”a 3 xal daha vacib idi. Məncə ilk hissə daha yaxşı oynadıq. İkinci hissədə rəqibin təzyiinə görə bir qədər zəif oynadıq, amma əsas olan nəticəni qoruyub saxlaya bildik”

Mütəxəssis daha sonra jurnalistlərn sualların cavablandırıb:

- Oyundan öncə qələbəni gözləyirdinizmi?

- Biz hər oyuna qələbə əzmi ilə çıxırıq. Ən azından məqsəd məğlub olmamaq idi.

- Elxan Əhmədovun bugünkü oyunda səhvləri haqda nə deyə bilərsiz?

- Elxan pis qapıçı deyil, prespektivi var. Ona gərək daha çox şans verək. Bu gün də ona təzyiq çox var idi. Səhv etməyi normaldı. Belə oynaması normal idi.

- Sizcə, nəticə oyuna görə oldu?

- Əsas qələbədi. “Sumqayıt”ın qol olmamışdan qabaq imkanları vardı. İstifadə edə bilmədilər, ancaq biz qalib gəldik.

- Sizcə, müdafiə xətti bundan sonraki oyunlarda daha diqqətli olmalıdır?

- Bu futboldu, hər şey ola bilər. İkinci hissədə əks-hücumlarımız təhlükəli olurdu. Bəzi epizpodlarda bir ötürməmiz çatmırdı. “Səbail” bugün hələ ilk addımlarını atıb. Bizə də vaxt lazımdı. Püxtələşmək üçün illər lazımdı. Mən yerimi qorumaq üçün vaxt demirəm ki, mənə bu qədər müddət lazımdı.

- “Kəpəz”n birinci diviozona getməsi haqda nə deyə bilərisz?

- Mən deməklə nəsə düzələcəksə, deyim. Hamı istəyir bölgələrdə komanda çoxalsın. Biz öz oyunumuzu oynayırıq. Kim düşəcək, kim qalacaq, neçə komanda olacaq? Bu suallara mən cavab verə bilmərəm. Mən mütəxəssis deyiləm, yeni-yeni başlayıram.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right