Samir Abasov: "İnanmıram ki, Cavid hansısa təklifə görə tam mübarizə aparmasın"

Azərbaycan Premyer Liqasının XXV turunda “Sumqayıt” “Səbail”i qəbul edib. Oyun qonaqların 2:1 hesablı qələbəsi ilə yekunnlaşıb.

Newsport.az-ın məlumatına görə, matçdan sonra keçirilən mətbuat konfransında “Sumqayıt”ın baş məşqçisi Samir Abbasov oyun haqda danışıb: “Rəqibərimizin məğlubiyyətindən sonra işimizi rahatlaşdırmaq üçün qalib gəlməli idik. Təssüf ki, alınmadı. Pis oynamadıq. Qol epizodlarımız oldu,reallaşdıra bilmədik. Son tura qədər əziyyət çəkəcəyik. Çətin Gəncə səfəri olacaq. Nə bacarırıqsa, onu edəcəyik. Heç kimi günahlandırma qistəmirəm. Oyunçuların hamısı qalib gəlmək istəyirdi”

Mütəxəssis daha sonra jurnalistlərn sualların cavablandırıb:

- Dünənki qarşılaşmaların nəticəsi bugünki oyuna təsir etdimi?

- Dünənki oyunlarda rəqiblər udsaydı, başqa cür oynacaqdıq desəm, düzgün çıxmaz. Bu gün də pis oynamadıq. Qol buraxandan sonra təlaşa düşdük. Xoş hal idi ki, udmaq istəyirdik, yəni can yandırırdıq, işimizi daha da rahatlaşdırmaq istəyirdik. Bizə bu ilə sona qədər mübarizə aparmaq yazılıbsa, onu da edərik.

- Sizcə, "Səbail" qələbəyə layiq idi?

- Rəqib qələbə qazandısa, demək ki, layiqdi. Oyunun əvvəlindən hücumlar edirdik, düşünürdüm ki, biz qol vuracağıq. Rəqibin qələbəsini qiymətləndirməmək istəmirəm. Oyun heç-heçə olsa idi, yenə razı olmayacaqdım. Rəqibi təbrik edirəm. Əlindən gələni etdilər, yaxşı oynadılar, əks-hücumlarda effektli idilər. Vaxt uzatmadan da yaxşı istifadə etdilər. Qələbəyə biz daha istəkli idik, qalib gəlməli idik.

- İkinci hissədə meydana buraxdığınız heyəti start heyəti kimi qeydə alsaydız, sizcə hesab fərqli olardımı?

- İkinci hissədə məcbur olub heyəti dəyişdik. Bir sistemdə oynayırıq, ancaq futbolçular formadan düşəndə məcbur qalıb müəyyən dəyişikliklər ediirk. Xəyalı birinci dəqiqələrdən riskə atmaq istəmədik. Rəşadın zədəsi var, ancaq Amil haqda bunu deməzdim. İstədiyimizi birinci hissədə gördüm, sadəcə alınmadı.

- Cavid İmamverdiyev sanki son 3 oyundu futbol oynamır. Bəlkə fikri başqa yerdədir?

- Bilmirəm, fikri hardadı? İnanmıram ki, oyundankənar nəsə düşünsün. Cavid bu komandaya ürəyini qoyub. Siz qəbul edin ki, futbolçuya təklif gəlməyi normaldı, oyunu alınmaması da normaldı. İnanmıram ki, Cavid hansısa təklifə görə tam mübarizə aparmasın. 

- Vurğun Hüseynovun oynamadığı müddətdə komandanın nəticəsi heç də ürəkaçan olmur...

- Razı deyiləm, müdafiəçilrimizin hamısı yaxşıdı. Vurğun komanda ilə birlikdə məşqlərə başlayıb. Növbəti oyunda meydana çıxa bilər.

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right