Premyer Liqanı tərk edəcək komandanın adı məlum olub

Azərbaycan Premyer Liqasında 25-ci tura yekun vuruldu. Çempionun bəlli olduğu kimi, elita ilə vidalaşan komanda da müəyyənləşib.

Newsport.az xəbər verir ki, hesabat turunda səfərdə "Qəbələ"yə 0:3 hesabı ilə uduzan "Kəpəz"in mövsümü sonuncu pillədə bitirəcəyi dəqiqləşib. 13 xalı olan Gəncə klubu 7-ci yerdə qərarlaşan "Səbail"dən 10 xal geri qalır və bunu son 3 turda qaldırmaq mümkün deyil.

"Sumqayıt" 2:1 hesabı ilə qalib gələn "Səbail" isə yüksək dəstədə yerini qorumağı bacarıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right