U-17 Liqası: Gözlər Binə qəsəbə stadionunda…

Bu gün «Bakcell U-17 Liqası»nda 1 oyunla 30-cu tura start veriləcək. Turun mərkəzi oyunu isə sabah Binə qəsəbə stadionunda baş tutacaq. Medallar uğrunda mübarizə aparan 2 komandanın – «Keşlə» ilə «Neftçi»nin mübarizəsinin olduqca maraqlı keçəcəyi gözlənilir. Bu matçın ardınca elə həmin stadionda çempionatı medalsız başa vurmaq istəməyən «Qarabağ» çempionluğu təmin edən «Qəbələ»ni qəbul edəcək.

 

30-cu tur

29 aprel (bazar)

14:00 «Zirə» - «Mil Muğan»

(Aviasiya Akademiyasının stadionu)

 

30 aprel (bazar ertəsi)

13:00 «Neftçi» - «Keşlə»

(Binə qəsəbə stadionu)

13:00 «Sumqayıt» - «Kəpəz»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

14:00 «Xəzər Lənkəran» - «Səbail»

(Lənkəran şəhər stadionu)

14:00 «Ağsu» - «Neftçi» İK İB

(Ağsu şəhər stadionu)

16:00 «Qarabağ» - «Qəbələ»

(Binə qəsəbə stadionu)

Cəza səbəbindən turu yalnız 1 futbolçu – «Kəpəz»li Babək Mehdiyev buraxacaq.

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi») – 25 qol, Xəlil Bəşirov («Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 24 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right