Yunis Hüseynovun "Kəpəz"ə gətirdiyi legioner "alkaş" çıxdı

Kəpəz”in düşərgəsində xoşagəlməz hadisə baş verib. Son vaxtlar qalmaqalların səngimədiyi Gəncə klubunda bu dəfə “diqqət mərkəzi”nə Dieqo Souza düşüb.


Newsport.az-ın məlumatına görə,“Kəpəz”ə gəlişindən bəri istənilən səviyyədə çıxış etmədiyinə görə tənqid olunan baziliyalı spirtli içkiyə görə problem yaşayıb. Gecə yaxşıca əylənən və alkoqola sərhəd qoymayan Dieqo bunun acısını ertəsi gün yaşayıb.

İki gün öncə zədəsinə görə klubun həkiminə gedən futbolçunun spirtli içkilərin təsirindən hətta ürəyi də gedib. Ancaq xoşbəxtlikdən braziliyalını birtəhər özünə gətirmək mümkün olub.

Dieqonun belə intizamsızlığına görə cəzalanacağı gözlənilir.

Qış fasiləsində "Kəpəz"ə cəlb olunan Souza Gəncə klubunda 7 oyun keçirib.(futbolpress)







Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right