Namiq Ələsgərov: "Azarkeşlər həmişə haqlıdırlar" Müsahibə

"Biz də məğlubiyyəti gözləmirdik. İstəyirdik qalib gələrək xal ehtiyatımızı artıraq. 3-cü pilləyə yüksəlmək istəyirdik. 4-4-ci pillələrdən uzaqlaşmaq istəyirik, amma alınmadı".
 
Newsport.az xəbər veri ki, bu sözləri “Keşlə” – “Neftçi” görüşündən sonra (2-1) qonaqların hücumçusu Namiq Ələsgərov bildirib:
 
- "Neftçi" "Qəbələ" ilə matçdakı komandaya bənzəmirdi...
- Ot örtüyü çətin idi. Bu, bəhanə deyil. Oyun istədiyimiz kimi alınmadı.
 
- Sizin üçün sürpriz məğlubiyyət oldu?
- "Keşlə" yaxşı komandadır. Ölkə kubokunda da finala çıxıblar. Çempionatda bütün komandalar bir-birinə qalib gəlmək gücündədir. Bu gün də belə baş verdi.
 
- Bu tur "Zirə"nin məğlubiyyəti sizdə arxayınlıq yaratmışdı?
- İstəyirdik ki, qalib gələrək "Zirə"dən bir az da aralanaq. Təəssüflər olsun ki, alınmadı.
 
- Növbəti turda "Qarabağ"a qarşı oynayacaqsız. Belə oyunla Ağdam klubunu məğlub edəcəyinizi düşünürsüz?
- Bu dəfə alınmadı. Amma gələn oyun çalışacağıq ki, daha yaxşı çıxış edək. Rəqib də güclüdür. Əlimizdən gələni edəcəyik.
 
- "Qarabağ"a qarşı oynamaq sənin üçün xüsusi bir önəm kəsb edir?
- Xeyr,bütün oyunlara hazırlaşdığım kimi köklənəcəm.
 
- Azarkeşlər bu gün sərt şəkildə etiraz etdilər. Onlar bildirir ki, futbolçular meydanda can qoymurlar. Fanatlar klub prezidentinə etiraz edirdi...
- Əlimizdən gələni edirik. Azarkeşlər haqlı olurlar. Onlar komandadan qələbə istəyirlər. Biz bunu bacarmayanda narazı qalırlar.




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right