Fransisko Qarsiya: " Bu, bizim üçün şok oldu" Müsahibə

“Əlbəttə ki, oyuna qələbə üçün çıxmışdıq. Çünki bilirdik ki, qalibiyyət bizə hava, su kimi vacibdir. Rəqibdə isə itiriləsi heç nə olmadığı üçün meydanada rahat idilər. Çox təəsüf edirəm ki, səfərdən xalsız dönürük”.

Newsport.az xəbər veri ki, bu sözləri “Keşlə” – “Neftçi” görüşündən sonra (2-1) qonaqların legioneri Fransisko Qarsiya bildirib:

-Son çıxdığınız oyunların əksəriyyəti təbii ot örtüyündə olub. Burada isə süni idi. Bu, sizə maneəçilik törətdimi?

-Əlbəttə, komanda öz istədiyi pyunu göstərə bilmir meydanda.

-Azarkeşlər oyundan sonra komandanın prezidenti Kamran Quliyevə öz iradlarını bildirirdilər. Haqlı sayırsan azarkeşləri?

-Bizim azarkeşlər yaxşı və pis genlərimizdə hər zaman yanımızda olublar. Onlar şikayət edirlərsə, bundan nəticə çıxartmalıyıq. Həm onlara görə, həm də özümüz üçün qələbələr qazanmalıyıq. Sonda isə azarkeşlərə müraciət edirəm ki, bizə axıra qədər dəstək olsunlar.

-Növbəti turda “Qarabağ”la qarşılaşacaqsınız. Səncə, komanda nə dərəcədə hazırdır bu oyuna?

-Növbəti oyunda çox çətin olacaq. Bilirik ki, xal qazanmalıyıq. Meydana yalnız qələbə üçün çıxacağıq.

-“Qəbələ” ilə kubok görüşündə aldığınız məğlubiyyətin şokundan ayıla bilmisinizmi?

-Gözlənilmədən məğlub olduq. Bu da bizim üçün şok oldu. Çalışırıq ki, həmin oyunun təsirindən çıxaq və növbəti oyunlara köklənək.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right