"Futbolçularımıza qarşı zənglər, kənardan təzyiqlər var, açıb hər şeyi desəm..." Yunis Hüseynov

"Kəpəz"in baş məşqçisi Yunis Hüseynov Azərbaycan Premyer Liqasının XXV turunda "Qəbələ"yə səfərdə 0:3 hesabıyla uduzduqları oyundan sonra mətbuat konfransı keçirib. 

Newsport.az-ın məlumatına görə, təcrübəli mütəxəssis öncə matçı dəyərləndirib.

- Həmişəki kimi qalib gəlmək istəyirdk. Oyuna 2-3 saat qalmış Qəbələyə gəlmişdik. Gəncədən avtobusla gəlmişdik. Bunu bəhanə etmirəm. Oyunun əvvəlində qol imkanlarımızdan yararlana bilmədik. Bu zaman rəqib qapımıza tərəf gəlmiridi. Əks-hücumlarda oynamaq istəyirdik. Ancaq rəqib bizi əks-hücumlarda yaxaladı. Bu zaman futbolçuların fərdi usatlıq keyfiyyətləri öz sözünü dedi. Səhvlərimiz bizə başa baha gəldi. Dario qalib gəlsəydi, 3 xal bizim olacaqdı.

- Mövsümün sonu yaxınlaşır. Komanadda çoxmu dəyişiklər olacaq?

- Bunu dayə bilmərəm. Planlar gələcəyin işidi.

- Bu gün "Kəpəz"in I Diviziona düşməsi rəsmiləşir...

- Yəqin ki, komanda sayını artıtaralaq. PFL-in qərarını gözləyirik. Onda çalışaraq ki, yaxşı komanda düzəldək. Ancaq desələr ki, 8 komanda qalsın, biz düşə bilərik. 

- Deyəsən, "Kəpəz"in qalmasıyla bağlı arxayınlıq var...

İnşallah, qalarıq. Regionda futbol olmasa, inkişaf olmayacaq. Azarkeşlərin stadionlara gəlməsi futbolçulara əlavə ruh yüksəliyi verir. Bakı komandalarının sayının çox olması futbolun inkişafını çətinləşdiriri. Həmişə demişəm ki, 8 komandalı çempionat futbolumuza ziyandı. Komandaların sayını atrırılmalıdı. O vaxtlar bölgə komandaları çox idi. Onda futbolçularda qorxu, həyəcan var idi, güclü rəqabət olur. 8 yox. 12-14 komanda olsa, çempionatın səviyyəsi qalxar. Bu zaman zəif komanda olmayacaq.

- Vinçesterlə Dieqonun yoxluğu zədəylə bağlıdı?

- Bəli. Vinçesterin zədəsi ciddidir. Xahiş edirəm ki, məlumatı dəqqiləşdirib yazardınız. Elə şey olmayıb ki, Dieqo həkimə gedəndə içkili olub. Belə şey olubsa, mənə sübut etsəniz, ona biletini alıb qovaram. Hər şeyi dəqiqləşdirmişəm. "Səbail"lə oyundan sonra da komandama qarşı belə şeylər yazılmışdı. Əsas futbolçularıma zəng ediblər, onlar da meydana çıxmamaq istəyiblər. Oyunçularıma kənardan təzyiqlər var. Açıb hər şeyi desəm...

- Roman Hüseynovun müqaviləylə məxsus olduğu "Qəbələ"yə qarşı oynaması nəylə bağlıdı?

- Onu oynatmaq futbolçunun xeyridi. Bu, iki klub arasında razılıq olur. Anvaq "Qəbələ"ylə aramızda razılaşma olmayıb ki, bizəı qraşı oynamasın.

Sport24.az





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right