Futbolumuzda növbəti məşqçi-futbolçu münaqişəsi

Azərbaycan Premyer Liqasının hazırda davam edən “Keşlə” – “Neftçi” matçının gedişində məşqçi-futbolçu münaqişəsi yaşanıb.

Newsport.az saytının məlumatına görə, Ruslan Abışovun sarı vərəqə aldığı – yəni Vaqif Cavadova epizod bitdikdən sonra ayaqla zərbə endirməsindən sonra ara bi qədər qarışıb. 4-cü hakim Ömər Paşayevin  yardımı ilə Ruslan Abışova referi Rəhim Həsənov tərəfindən sarı vərəqə göstəriləsə də, “Keşlə” tərəfi bu qərarla razı deyil. Belə ki, oyunun fasiləsi ərəfəsində baş məşqçi Yuri Maksimov 4-cü hakimə kəskin etiraz bildirib. Bundan əlavə, Vaqif Cavadovla “Neftçi”nin baş məşqçisi Tərlan Əhmədov arasında da söz atışması olub.

Qeyd edək ki, Cavadov vaxtilə AZAL-da Tərlan Əhmədovun rəhbərliyi altında oynayıb.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right