"Qəbələ" "Kəpəz" 20-ci duel

Azərbaycan Premyer Liqasında 25-ci tura start verilib.

 

Newsport.az xəbər verir ki, turun ikinci oyun günündə meydana çıxacaq “Qəbələ” öz meydanında “Kəpəz”lə qarşılaşacaq. Bu gün keçiriləcək matç Qəbələ şəhər stadionunda baş tutacaq. Bu görüş rəqiblər arasında 20-ci duel olacaq. Yalnız Premyer Liqa çərçivəsində üz-üzə gələn komandalar yubiley matçındadək 19 dəfə görüşüb. İlk dəfə 2011/12 mövsümündə qarşılaşan rəqiblərin əvvəlki duellərində “Qəbələ” daha çox - 8 qələbə qazanıb. 5 dəfə heç-heçə edən komanda 6 matçdan xalsız ayrılıb.

 

Top fərqində də üstünlük “Qəbələ”nin tərəfindədi - 22:17. 10-cu dəfə “Kəpəz”i qəbul edəcək “Qəbələ” evdə 5 dəfə qalib gəlibsə, 2 dəfə bərabərliklə kifayətlənib və 2 dəfə meydanı xalsız tərk edib. Öz meydanında 11 qol vuran "qırmızı-qaralar" öz qapısından 6 top buraxıb. Gəncə klubu ilə qarşılaşmaların ən yaxşı bombardiri Baqali Dabodu. Onun hesabında 3 qol var. Filip Ozobiç, Famussa Kone və Ruslan Qurbanov hərəyə 2 dəfə fərqlənib.

 

“Qəbələ” - “Kəpəz”: Bütün oyunlar

 

2010/11 mövsümü

31.10.2010. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

27.02.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 0:0

02.04.2011. Premyer Liqa. Qəbələ - Gəncə - 1:1

Murad Hüseynov, 26 // Junivan Suares, 56

12.05.2011. Premyer Liqa. Gəncə - Qəbələ - 0:0

 

2011/12 mövsümü

16.10.2011. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Deon Barton, 41, Dodo, 53

07.03.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:2

Sabir Allahquliyev, 72, Yuri Fomenko, 75, Junivan Suares, 87 // Lyuba Baranin, 32, Yannik Kamanan, 85

 

2012/13 mövsümü

15.09.2012. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:0

Bəxtiyar Soltanov, 41

19.11.2012. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Viktor Mendi, 61, Rəşad Abdullayev, 66 (p.)

 

2015/16 mövsümü

23.08.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:0

Ermin Zets, 6

01.11.2015. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 1:2

Fakundo Pereyra, 69 // Aleksandr Sitnik, 2, Dario Federiko, 90+4

30.01.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 3:0

Julien Ebah, 25, 75, Namiq Ələsgərov, 57

20.05.2016. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 0:1

Aleksey Qay, 76

 

2016/17 mövsümü

08.08.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:0

Tellur Mütəllimov, 58; Baqali Dabo, 79

17.12.2016. Premyer Liqa. Qəbələ - Kəpəz (Gəncə) - 2:1

Filip Ozobiç, 23 (p.); Ruslan Qurbanov, 83 (p.) // Tural Axundov, 77 (p.)

28.02.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 1:1

Şəhriyar Rəhimov, 36 // Renan Silva, 54 (ö.q)

16.04.2017. Premyer Liqa. Kəpəz (Gəncə) - Qəbələ - 2:0

Julien Ebah, 70; Dario Federiko, 90+3

 

2017/18 mövsümü

29.09.2017. Premyer Liqa. Qəbələ – Kəpəz (Gəncə) – 0:2

Kərim Diniyev, 48; İlkin Sadıqov, 56

25.11.2017. Premyer Liqa. Kəpəz (Gəncə) – Qəbələ – 1:6

Kərim Diniyev, 56 (p.) // Baqali Dabo, 1, 54; Stiven Monroz, 14; Famussa Kone, 40, 78; Ruslan Qurbanov, 65

09.03.2018. Premyer Liqa. Kəpəz (Gəncə) – Qəbələ – 0:1

Filip Ozobiç, 66

 
 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right