Ansi Aqolli: "Nə demişəmsə, sözümün üstündəyəm"

“Zirə” ilə oyunlar çətin olur. Bu dəfə də istisna hal yaşanmadı. Çempionata hörmətlə yanaşmalı və bütün oyunlara qələbə əzmi ilə çıxmalıyıq".
 
Newsport.az xəbər verir ki, bu sözləri Topaz Premyer Liqasının 25-ci turunda "Zirə"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli söyləyib. Qələbə qolunun assistini edən albaniyalı futbolçu oyundan öncə "Qarabağ"ın "Zirə"yə güzəşt edəcəyi ilə bağlı yayılan xəbərlərə münasibətini bildirib: "Biz peşkarıq. Kənarda gəzən söz-söhbətlərə fikir verməməliyik. Meydanda öz işimizi gördük".
 
Təcrübəli sağ cinah müdafiəçisi ötən günlərdə Albaniya mətbuatına açıqlamasında "Qarabağ"da qalmaq arzusunda olduğunu dilə gətirmişdi. 35 yaşlı futbolçu bildirib ki, son qərar baş məşqçi Qurban Qurbanova məxsus olacaq:
 
"Nə demişəmsə, sözümün üstündəyəm. “Qarabağ”da qalmaq mənim arzumdur. Amma bu, baş məşqçinin qərarı olacaq".




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right