Anar Nəzirov: "Vəziyyətimiz yaxşı deyil"

“Qələbə qazanmaq üçün əlimizdən gələni etməyə çalışdıq.Lakin sonda məğlub oluq. Düşmüşük qara zolağa, çıxa bilmirik. Məşqçinin verdiyi tapşırıqları yerinə yetirmək istəyirik, ancaq oyunumuz alınmır".

Newsport.az xəbər verir ki, bu sözləri "Zirə" - "Qarabağ"  (1-2) görüşündən sonra ev sahibləriniz qapıçısı Anar Nəzirov jurnalistlərin suallarını cavablandırarkən bildirib: 

-Bir xal qazanmaq imkanınız var idi. Amma son dəqiqələrdə buraxılan qolla məğlub oldunuz. Sona qədər dözməyə komandada nə çatmadı ?

-“Qarabağ”ın ən güclü oyunçusu  son qolda öz sözünü dedi. Onların hər bir futbolçusu fərdi olaraq istedadlıdır və son nöqtəni qoymaqda ustadırlar. Özünüzün də gödüyünüz kimi, vəziyyətimiz yaxşı deyil.

-Bu gedişlə Avroliqaya vəsiqə qazanmaq şanslarınız azalır.

-Biz hər oyuna ümidlə çıxırıq. Qarşıda üç oyunuzum var. Ayxan Abbasov da bizimlə söhbəti zamanı bildirib ki, hər nə olursa olsun, sona qədər mübarizə aparacağıq.

-Yəqinki həmin 3 oyun sizin üçün finala bərabər olacaq.

-Əlbəttə, bu oyun da finala bərabər idi. Qalan görüşlərdə də meydana çıxıb əlimizdən gələni edəcəyik.

-Bu gün nümayiş etdirdiyiniz oyunla, qarşıdakı üç görüşdə qələbə qazanacağınıza nə dərəcədə əminsən?

-Biz meydana çıxıb asan təslim olmadıq. Görüş qarşılıqlı hücumlar şəraitində keçdi. Bildiyiniz kimi ciddi zədələrimiz də var. Rəqib də güclüdür. Lakin sona qədər mübarizə aparacağıq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right