Elnur Çodarov: " Qalib gəlmək üçün ustalıq səviyyəmiz çatmadı"

Azərbaycan Premyer Liqasının 25-ci turunda “Zirə” evdə “Qarabağ”a 1:2 hesabıyla məğlub oldu. Qəsəbə təmsilçisinin baş məşqçisi Ayxan Abbasov cəzalı olduğundan, oyunsonrası mətbuat konfransında onu köməkçisi Elnur Çodarov əvəz edib.

Newsport.az xəbər verir ki, Çodarov əvvəlcə qarşılaşma ilə bağlı fikirlərini bildirib.

- Oyun pis alınmadı. Futbolçularımız yaxşı mübarizə apardılar. Lakin bəzi oyunçularımızın ustalıq səviyyəsi çatmadı. “Qarabağ”a qarşı oyunlarımız həmişə uğursuz alınır. Bu gün qalib gəlmək istəyirdik. Oyunumuz pis alınmadı. Hücumda çoxala bilirdik. Lakin dediyim kimi, bu oyunda qalib gəlmək üçün ustalıq səviyyəmiz çatmadı.

- Sadio Tonkaranın oynamamasının səbəbi nə idi?
- Onun zədəsi var. Buna görə şans vermədik.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right