Millimiz bu dəfə də məğlub oldu

Antalyada Beynəlxalq Hazırlıq Turnirində iştirak edən U-16 millimiz bu gün son matçına çıxıb.

Türkiyənin 2003-cü il təvəllüdlü futbolçularından ibarət yığması ilə qarşılaşan komandamız 0:4 hesabı ilə məğlub olub. Millimiz oyunun bir hissəsini azlıqda keçirməyə məcbur olub. Belə ki, hakim 1-ci hissədə Bəhruz Tanrıverdiyev və Mehrac Baxşəliyevi kobud oyuna görə meydandan qovub. Digər oyunda Türkiyənin U-14 yığması Gürcüstanla qarşılaşib. Matçda hesab açılmayıb. Turkiyə U-15 millisi 9 xalla tirnirin qalibi adını qazanıb. Gürcülər 4 xalla 2-ci, Turkiyənin U-14 millisi 2 xalla 3-cü olub. Millimiz 1 xalla yarışı sonuncu pillədə başa vurub.

Xatırladaq ki, buna kimi Azər Məmmədovun yetirmələri Türkiyənin U-14 komandası ilə 1:1 oynayıb, gürcülərə isə 1:2 hesabı ilə məğlub olmuşdular.

"Het-trik news"





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right