"Zirə” "Qarabağ”a məğlub oldu Yenilənib

Bu gün Azərbaycan Premyer Liqasında XXV tura start veriləcək.
 
Newsport.az-ın məlumatına görə, ilk oyun günüdə bir görüş baş tutacaq. Ötən həftə çempionluğu təmin etmiş "Qarabağ” qış fasiləsindən sonra keçirdiyi 10 qarşılaşmanın heç birində qələbə qazana biləməyən "Zirə”nin qonağı olacaq. Matç Ağdam klubu üçün formal xarakter daşısa da, ardıcıl xal itkilərindən sonra 5-ci pilləyə enən qəsəbə təmsilçisinin zəfərə ehtiyacı var. Ayxan Abbasovun rəhbərlik etdiyi kollektiv avrokuboklardan kənar qalmamaqdan ötrü dönüş etməlidir.
 
Qeyd edək ki, turun qalan oyunları həftəsonu keçiriləcək. Aprelin 28-də "Keşlə” "Neftçi”ni, "Qəbələ” "Kəpəz”i qəbul edəcək. Ertəsi gün isə "Sumqayıt” - "Səbail” dueli baş tutacaq.
 
Azərbaycan  Premyer Liqası
 
XXV tur
 
27 aprel  
 
19:00. “Zirə” - “Qarabağ” - 1:2 
Qollar
:Donald Gerye, 55 (0:1), Aleksandr Dedov, 61 (1:1), Markos Madera, 90+3 (1:2)
Hakimlər: Rauf Cabbarov, Knyaz Əmiraslanov, Elman Musayev, Vüqar Həsənli
Zirə İdman Kompleksinin stadionu




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right