Rəşad Sadıqovun bir mövsümdə 2-ci dəfə çempion olmaq şansı

AFFA U-19 Liqasında gərgin oyunlar keçirilib.

Newsport.az-ın məlumatına görə, Rəşad Sadıqovun baş məşqçisi olduğu "Qarabağ”ın 19 yaşlıları "Səbail”li həmyaşıdlarını qonaq edib. Sadıqovun yetirmələri Vasif Haqverdiyevin komandasını meydana çıxmağa peşman edib. Belə ki, ağdamlılar rəqib qapısından 4 cavabsız top keçirib. "Qəbələ” isə "Neftçi” ilə 1:1 hesablı heç-heçə edib.

Bu nəticələrdən sonra "Qarabağ” və "Qəbələ”nin xalları bərabərləşib. Beləliklə, çempionun adına son turda aydınlıq gələcək. Mövsümün həlledici qarşılaşmasında "Qəbələ” ilə "Qarabağ” üz- üzə gələcək. Həmin matç mayın 2-si keçiriləcək və UEFA Gənclər Liqasında təmsilçimiz müəyyənləşəcək. Ötən mövsüm U-19-un qalibi kimi bu turnirdə ölkəmizi məhz Rəşad Sadıqovlu "Qarabağ" təmsil edib. "Səbail”in isə çempionatı 3-cü yerdə tamamlaması rəsmiləşib.

Qeyd edək ki, 36 yaşlı Sadıqov "Qarabağ"ın kapitanı kimi cari mövsümdə artıq çempion olub.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right