Millimizin qarşılaşacağı rəqiblr məlum olub

Slovakiyada 2000-ci il təvəllüdlü futbolçulardan ibarət yığma komandalar arasında beynəlxalq turnir keçiriləcək.

Newsport.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, 7-11 may tarixlərində təşkil olunacaq “Slovakia Cup 2018” turnirində Azərbaycanın U-19 yığması çıxış edəcək.  

8 komandanın  qatılacağı yarışda həmçinin, Slovakiya, Uels, Macarıstan, ABŞ, Çexiya, Ukrayna və Qazaxıstan yığmaları da mübarizə aparacaq. Azərbaycan yığması meydan sahibləri, Uels və Macarıstanla birgə A qrupunda yer alıb:

A qrupu: Azərbaycan, Slovakiya,  Uels, Macarıstan

B qrupu: ABŞ, Çexiya, Ukrayna, Qazaxıstan
 

7 may


14:00. Azərbaycan – Macarıstan

8 may

14:00. Azərbaycan – Uels

10 may

14:00. Slovakiya – Azərbaycan
 
Qeyd edək ki, oyunların başlama saatı Bakı vaxtı ilə göstərilib.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right