U-14 Liqası: Final mərhələsinin püşkü atıldı

Dünən AFFA-nın inzibati binasında U-14 Liqasının final mərhələsinin püşkü atılıb.

Bu mərhələdə 6 komanda «Paytaxt» regionundan olmaqla ümumilikdə 16 komanda olimpiya sistemi üzrə mübarizə aparacaq. 1/8 final mərhələsinin ilk oyunları bu həftəsonu baş tutacaq. Artıq, qalib komandaların 1/4 final mərhələsində hansı cütlərin qalibi ilə qarşılaşacağı da məlumdur. Püşkatmanın nəticələri aşağıdakı kimidir:

«Neftçi» (Bakı) – «Avey» (Ağstafa) / «Viləş» (Masallı) – «Qəbələ»

«Təhsil» UGİM (Sumqayıt) – UGİM (Saatlı) / UGİM (Mingəçevir) – «Mançester Yunayted» (Bakı)

«Keşlə» (Bakı) – «Zaqatala» / UGİM (Naxçıvan) – «Kəpəz» (Gəncə)

«Vətən» - UGİM (Bərdə) / «Ağsu» - «Qarabağ» (Ağdam).

Oyunlar və nəticələri barədə mütəmadi məlumat verəcəyik.

«Het-trik news» 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right