Millimiz məğlub oldu

Türkiyənin Antalya şəhərində təşkil olunmuş beynəlxalq turnirdə iştirak edən 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandamız növbəti oyununu keçirib.

Newsport.az xəbər verir ki, Azər Məmmədovun rəhbərlik etdiyi komanda Gürcüstanın 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşıb.

Oyun rəqibin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Komandamızın qoluna Bəhruz Tanrıverdiyev imza atıb.

Qeyd edək ki, aprelin 27-də keçiriləcək növbəti oyunda yığmamız Türkiyənin 2003-cü il təvəllüdlü futbolçulardan ibarət yığma komandası ilə qarşılaşacaq.

 

Xatırladaq ki, millimiz ilk oyununda Türkiyənin 2004-cü il təvəllüdlü futbolçulardan ibarət yığması ilə qarşılaşmışdı - 1:1.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right