Tural Axundov: "Bundan sonra xal itirmək olmaz"

"Ötən tur "Qarabağ"la oynadıq. Qalib gələrək xal fərqini rəqiblərimizlə artırmaq istəyirdik. Ancaq aılnmadı. Bütün oyunlara 3 xal üçün çıxırıq. 3-cü yerdə möhkəmlənmək istəyirik. Bu mövqeyi əldən vermək istəmirik. Bundan sonra xal itirmək olmaz".

 

Newsport.az xəbər verir ki, bu sözləri  "Sumqayıt"ın müdafiəçisi Tural Axundov söyləyib. Cinah futbolçusu kubokda mübarizəni dayandırmaqlarına baxmayaraq, komandada inamın itmədiyini bildirib:

 

"Komandamızda atmosfer normaldır. Futbolda məğlubiyyət qaçılmazdır. Kubokla yanaşı çempionatda da mübarizə aparırdıq. İki cəbhədə "vuruşurduq". Kubok alınmadı, amma 3-cü pilləni qorumaq istəyirik".

 

 

Axundov 3-cü pilləni qorumaq üçün güclərinin yaxşı olduğunu vurğulayıb:

 

"Əlbəttə, əlimizdən gələni edəcəyik ki, mövqeyimizi qoruyaq. Aşağı pilləyə düşmək istəmirik. Avrokuboklara yollanmağı arzulayırıq".

 

 

Mövsümün ən uğurlu komandalarında olan "Sumqayıt"ın futbolçularının adı digər komandalarla hallanır. Millimizin üzvü olan Turalın adı "Neftçi" ilə yanaşı çəkilir. Bu məsələyə münasibət bildirən Axundov real təklif almadığını deyib:

 

"Çox şey yazıla bilər. Amma ortada heç nə yoxdur. Nə danışıq var, nə də görüş. Belə təklif olsa, bildirərəm ki, çempionat başa çatdıqdan sonra danışaram. Ortada 100 faizlik bir şey yoxdur". (Sportal.az) 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right