Mahmudov və Sadıqlının sarı vərəqəsi ləğv edilib

Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.

Newsport.az PFL-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan  Premyer Liqanın 24-cü turunda keçirilmiş oyunlarla bağlı müəyyən qərarlar qəbul olunub.

“Neftçi” – “Qəbələ” matçının 63-cü dəqiqəsində “Neftçi”nin futbolçusu Emin Mahmudov qeyri-idman hərəkətinə görə ikinci sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub.  Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Mahmudova verilən ikinci sarı vərəqəni ləğv edib.

“Keşlə” – “Zirə” matçının 45-ci dəqiqəsində “Keşlə”nin futbolçusu Orxan Sadıqlı qeyri-idman hərəkətinə görə sarı vərəqə ilə cəzalanıb. Lakin oyunun video yazısına baxıldıqda hakimin epizodu düzgün qiymətləndirmədiyi müəyyən olunub. Oyunun video yazısını izlədikdən sonra İntizam Komitəsi Sadıqlının sarı vərəqəsini ləğv edib.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right