"İnanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam"

"Özümü çox yaxşı hiss edirəm və inanıram ki, "Qarabağ"da mümkün qədər çox qalacam".

Newsport.az -ın məlumatına görə, bu sözləri "Qarabağ"ın müdafiəçisi Ansi Aqolli deyib.

Aqolli 2010-cu ildən "Qarabağ"ın şərəfini qoruyur. Ölkəsinin mətbuatına danışan albaniyalı futbolçu Ağdam klubundakı gələcəyindən də söz açıb: "Artıq 8 ilə yaxındı ki, "Qarabağ"dayam. Burada özümü evimdəki kimi hiss edirəm və hər şey yolunda gedir".

Aqolli 35 yaşı olmasına baxmayaraq, hələ də özündə oynamağa güc hiss etdiyini söyləyib: "Tək futbolda yox, digər bütün sahələrdə də əsas məsələ işinizə olan həvəs, ehtirasdır. Dayanmaq istəmirəm, çünki hələ ki, bu həvəs məndə var və fiziki sağlamlığım da oynamağa imkan verir".





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right