"Neftçi"nin legioneri zədələndi: "Keşlə"yə qarşı oynamayacaq

“Neftçi” klubunun yeni transferi Soni Mustivar sıradan çıxıb.

Newsport.az -ın məlumatına görə, Azərbaycana gəldikdən bir müddət sonra “Neftçi”nin əsas heyət üzvünə çevrilən haitili yarımmüdafiəçi zədələnib. Mustivar Azərbaycan Premyer Liqasının XXV turunda keçiriləcək “Keşlə” – “Neftçi” matçında iştirak edə bilməyəcək. 

Qeyd edək ki, medallar və avrokuboklar uğrunda mübarizəni davam etdirən "Neftçi" aprelin 28-də "Keşlə"nin qonağı olacaq. Sözügedən matç saat 16:00-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right