"Səbail" Samir Əliyevlə bağlı qərar verdi

"Səbail"  Azərbaycan Premyer Liqada debüt mövsümündə çempionata rəng qatmağı bacardı. Təbii ki, bu mənada komandanın baş məşqçisi Samir Əliyevin işi danılmazdır. Komandanın debüt mövsümündə sərgilədiyi oyun rəhbərliyi də qane edib. 

Newsport.az saytının məlumatına görə, "aslanlar" yeni mövsümdə də yola Samir Əliyevlə davam edəcək. Gənc mütəxəssis artıq yeni mövsümün heyətini formalaşdırmaq üçün qollarını çırmalayıb. Bir çox futbolçunun komandadan gedəcəyi dəqiqdir. Yeni mövsüm iddialı komanda qurmaq istəyən çalışdırıcı sərəncamında istədiyi futbolçuları görməyi arzulayır.

Qeyd edək ki, Samir Əliyev ötən mövsümdən "Səbail"i çalışdırır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right