Birinci divizionun mərkəzi görüşü canlı yayımlanacaq

Futbol üzrə Azərbaycan birinci divizionunda 25-ci turun oyun cədvəli müəyyənləşib. 

Newsport.az xəbər verir ki, turun mərkəzi görüşü sayılan “Qaradağ Lökbatan” - “Xəzər” matçı “CBC Sport” kanalı vasitəsi ilə canlı yayımlanacaq.

Birinci divizion, 25-ci tur

26 aprel

Sabah - Ağsu
Binə. Qəsəbə stadionu

Zaqatala - Şüvəlan
Zaqatala. Şəhər stadionu

27 aprel

Qaradağ Lökbatan - Xəzər
Lökbatan. Olimpiya İdman Kompleksinin stadionu (“CBC Sport”/ canlı)

MOİK - Mil-Muğan
Bakı. “Bakı”nın təlim-məşq bazasının stadionu

Binə - Turan Tovuz
Binə. qəsəbə stadionu

Qeyd: Turun bütün görüşləri 16:00-da başlanacaq.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right