Final Qəbələdə, ev sahibi isə "Keşlə" olacaq Azərbaycan Kuboku

“Qəbələ” və “Keşlə” klubları arasında keçiriləcək Azərbaycan kubokunun 2017/2018-ci illər mövsümünün final görüşünün püşkü atılıb. 

Newsport.az xəbər verir ki, Peşəkar Futbol Liqasında təşkil olunan püşkatmada “Qəbələ”dən Səbuhi Səfiyarlı, “Keşlə”dən isə İlqar Mustafayev iştirak edib. Püşkatmanın nəticəsinə əsasən, “Keşlə” finalın nominal meydan sahibi olub.

Azərbaycan kubokunun final görüşü 28 may Respublika günündə Qəbələ şəhər stadionunda keçiriləcək. Mövsümün son oyunu saat 20:00-da start götürəcək.

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right