Milli komandamız məğlub oldu

Bosniya və Herseqovinada təşkil olunmuş 16 yaşadək qızlar arasında UEFA İnkişaf turnirinə yekun vurulub. 

Newsport.az xəbər verir ki, Azərbaycan yığması turnirin sonuncu günündə meydan sahibləri ilə qarşılaşıb. Millimiz bu görüşdə 1:2 hesabı ilə məğlub olub. 

Qeyd edək ki, komandamız ilk görüşündə Makedoniya ilə əsas vaxtı 1:1 hesablı heç-heçə ilə bitən görüşdə penaltilər seriyasında qələbə qazanıb - 6:5. Xorvatiya ilə növbəti görüşün də əsas vaxtında qalib müəyyənləşməyib - 1:1. Lakin penaltilər seriyasında bu dəfə rəqib üstün olub - 3:2.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right