Premyer Liqasmızda 24-cü turun oyunlarını nə qədər azarkeş izləyib?

Azərbaycan Premyer Liqasının 24-cü turunu stadiondan izləmiş azarkeşlərin sayı açıqlanıb. 

Newsport.az xəbər verir ki, ən çox tamaşaçı Sumqayıtın eyni adlı klubunun oyununda qeydə allınıb Belə ki, 2000 nəfər “Sumqayıt" - "Qarabağ" (0-1) matçını canlı olaraq meydandan izləyib. 

Ən az azarkeş isə “Bayıl Arena”da qeydə alınıb. “Səbail”lə “Kəpəz”in heç-heçəsini (1:1) cəmi 400 tamaşaçı izləyib.

Digər oyunlardan 8-ci km stadionunda keçirilən “Neftçi” - “Qəbələ” matçında (1:0) 1500, “İnter Arena”da baş tutmuş “Keşlə” - “Zirə” qarşılaşmasında (2:1) isə 1000 tamaşaçı olub.

Qeyd edək ki, ümumilikdə turun 4 oyununu 4900 tamaşaçı stadiondan izləyib ki, bu da, hər oyuna orta hesabla 1225 azarkeş deməkdi.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right