Seriya yubileylə qırıldı

“Sumqayıt”ın məğlubiyyətsiz oyunlar seriyası 24-cü turda qırılıb.

Newsport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında ardıcıl 11 matçda uduzmayan Samir Abasovun yetirmələri XXIV turun “Qarabağ”la ev görüşündə 0:1 hesabı ilə yenilib. “Gənclik şəhəri” təmsilçisi sonuncu dəfə XII turda məğlub olmuşdu. 2017-ci il noyabrın 17-də Ağdam klubuna səfərdə 0:2 hesabı ilə uduzan sumqayıtlılar 156 gündən sonra meydanı xalsız tərk edib.

Qeyd edək ki, bu, həm də “Sumqayıt”ın Premyer Liqada 40-cı ev məğlubiyyətidir. Öz meydanında 109 qarşılaşma keçirən komanda bu matçadək 39 dəfə uduzmuşdu.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right