U-17 Liqası: «Qəbələ» çempion?

Bu gün «Bakcell U-17 Liqası»nda 29-cu turun oyunları keçiriləcək.

Newsport.az-ın məlumatına görə, «Zirə» ilə oyunda qalib gələcəyi təqdirdə «Qəbələ» çempionatın başa çatmasına 4 tur qalmış çempionluğunu elan edəcək. Doğrudur, 2-ci pillədəki «Neftçi» bu tur büdrəməyəcəyi halda «Qəbələ» ilə 12 xallıq fərqi qoruyub saxlaya biləcək. Amma qalan 4 turda bu fərqin sıfıra enməsi mümkünsüzdür. Ensə belə, «Qəbələ» ilə «Neftçi»nin öz aralarında keçirdikləri oyunlara görə «Qəbələ» daha yaxşı nəticəyə malikdir: «Neftçi» - «Qəbələ» 1:1, «Qəbələ» - «Neftçi» 4:0, «Qəbələ» - «Neftçi» 0:1.

29-cu turun təqvimi belədir:

12:00 «Sumqayıt» - «Qarabağ»

(Sumqayıt şəhəri, «Kapitalbank Arena»)

13:00 «Keşlə» - «Xəzər Lənkəran»

(«İnter Arena», 4-cü meydan)

14:00 «Neftçi» İK İB – «Neftçi»

(Lökbatan OİK-nin meydanı)

14:00 «Mil Muğan» - «Ağsu»

(İmişli şəhər stadionu)

14:00 «Qəbələ» - «Zirə»

(Qəbələ şəhər stadionu)

14:00 «Kəpəz» - «Səbail»

(Gəncə şəhəri, TİM-nin meydanı)

 

Cəza səbəbindən turu buraxacaq futbolçular: Rauf Rüstəmov, Sərcan Ömərov (hər ikisi «Keşlə»), Babək Mehdiyev («Kəpəz»), Zamiq Əliyev («Qarabağ»).

Bombardirər: Xəyal Bədirov («Səbail»), Nicat Musayev («Neftçi») – 25 qol, Xəlil Bəşirov («Səbail»), İbrahim Novruzov («Sumqayıt») – 23 qol, İbrahim Camalov («Qəbələ») – 21 qol.

«Het-trik news» qəzetinin və sportinfo.az saytının birgə layihəsi

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right