"Çempion olmaq həmişə xoşdur" Ramil Şeydayev

Azərbaycan Premyer Liqanın 24-cü turunda səfərdə “Sumqayıt”ı 0:1 hesabı ilə məğlub edən “Qarabağ” ardıcıl 5-ci çempionluğunu rəsmiləşdirib.

Newsport.az-ın məlumatına görə, Ağdam klubunun hücumçusu Ramil Şeydayev matçdan sonra jurnalistlərin suallarını cavablandırıb. İcarə əsasında “Qarabağ”da çıxış edən 21 yaşlı forvard əvvəlcə çempionluqla bağlı təəssüratlarını bölüşüb.

 

- Komandamızı təbrik edirəm. Çempion olduğumuz üçün çox sevinirəm. Son 4 oyunda da qalib gəlməyə çalışacağıq. 

- Ötən mövsüm “Jilina”, indi isə “Qarabağ”la çempion oldunuz. İki çempionluq arasında nə kimi fərq var?

- Düşünürəm ki, ordakı ilə müqayisədə burada çempion olacağımız aşkar görünürdü. Düzdür, orda da üstün idik. Çempion olmaq həmişə xoşdur.

- Erkən çempionluğa görə “Qarabağ”ı Avropada bunu bacaran PSJ, “Mançester Siti” kimi "top-klublar"a bənzətmək olar?

- Əlbəttə, olar, biz də çempionuq.

- “Qarabağ”dakı gələcəyin maraqla gözlənilir. Ağdam klubunda qalacaqsan, yoxsa müqavilə ilə məxsus olduğun “Trabzonspor”a qayıdacaqsan?

- Hələlik bəlli deyil.

- Bəs özün necə, qalmaq istəyirsən?

- Müqaviləmin başa çatmağına hələ var. Ona görə də bu barədə düşünmürəm.

- Amma burada davamlı oynamırsan...

- Məşq edirəm, çalışıram. Baş məşqçi şans verir. Ardıcıl 3 oyundur meydana çıxıram.

- Premyer Liqada cəmi 1 qol vurmusan. Xeyli vaxtdır oynadığın üçün bu, aşağı göstəricidir...

- Neçə vaxtdır oynayıram? Maksimum 4 oyunda meydana çıxmışam (gülür).

- Razılaşaq ki, heyətə düşməmək də sənin günahındır...

- Bəli. Amma daha çox oynamaq üçün üzərimdə çalışıram.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right