Rəşad Sadıqov: "Böyük ehtimalla, bir mövsüm də oynayacam" Müsahibə

“Bütün “Qarabağ” azarkeşlərini, futbolçuları, rəhbərliyi təbrik edirəm. Bu mövsüm çox gərgin keçdi. Bildiyimiz kimi eyni zamanda Çempionlar Liqasında da çıxış edirdik. Çox sevinirəm ki, komanda rahatlaşmadı, boşalmadı bu il də çempion olduq. Ötən il çempion olmağımıza baxmayaraq, bu il də eyni nəticəni göstərmək çox istəyirdik. Çox sevinirəm ki, sonda buna nail olduq”.

Bu sözləri çempionatın sonuna 4 tur qalçış çempionluğu təmin edən “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Newsport.az-ın suallarını cavablandırarkən bildirib:

- Ardıcıl 5-ci çempionluğunuzdur. Bu mövsümü daha çox nə ilə xatırlayacaqsınız?

- Özəllik o, oldu ki, eyni zamanda Çempionlar Liqasının qrupunda çıxış edirdik və bu da bizim üçün çox ağır idi. Qış fasiləsinə qədər çempionatda istədiyimiz heyətlə iştirak edə bilmirdik. Buna baxmayaraq, sevinirəm ki, sonda çempion olmağı bacardıq.

- Sona dörd tur qalmış çempion oldunuz. İrəlidə oyunlar var. Komandanın həvəsdən düşməməsi üçün nə etmək lazım olduğunu düşünürsən?

- Buna məşqçilər heyəti cavab verəcəklər. Onlar hansı nəticəyə gəlsələr, biz də onu edəcəyik.

- Sanki, mövsümün ikinci yarısı “Qarabağ” üçün daha rahat keçdi.

- Xeyr, tam tərsini düçünürəm. Qış fasiləsindən sonra oyunlarımız daha ağır keçdi. Özünüz də görürdünüz ki, rahatlıqla qələbə qazana bilmirdik. Fasilədən sonra bütün klublar gücləndilər. Autsayderlər belə bizimlə başa-baş mübarizə aparırıdılar.

- Son oyunlar göstərdi ki, ən azı bir mövsüm də oynaya bilərsən. Sən özün bu haqda nə düşünürsən?

- Bu haqda hələki qərar verməmişik. Ancaq böyük ehtimalla, bir mövsüm də oynayacam.

- Milli karyeranı bərpa etmək istəyirsənmi?

- Bu barədə heç nə deyə bilmərəm.

- Çempion olmaqdan yorulmamısınız?

- Xeyr, mən hər il çempion olmaq istəyərəm.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right