Yunis Hüseynov: "İstədim ki, siz jurnaliustlər baxıb buna qiymət verəsiz”

 Azərbaycan Premyer Liqasının 24-cü turunda “Səbail”lə qarşılaşan "Kəpəz"in baş məşqçisi Yunis Hüseynov (1:1) oyundan sonra jurnalistlərlə görüş haqda fikirlərini bölüşüb.

Newsport.az xəbər verir ki, o, matç hqda bunları deyib: 

“Bu gün mübariz oyun getdi. Xeyli müddətdi təbii ot örtüyündə məşq edirdik. Ancaq bu gün süni qazonda oynamalı olduq və bu, oyuna təsir etdi. Buna rəğmən, normal futbol oynadıq. Bu gün biz qalib gələ bilərdik. Ancaq 55-ci dəqiqədən 10 nəfərlə oynamalı olduq.

Çünki Şəhriyar Rəhimovun dizində zədəsi vardı. Ancaq əvəzləməm yox idi. Sağ olsun, Şəhriyar kapitan kimi mübarizliyini göstərdi. Zədəli futbolçularımızı sabah müaniyə edəcəyik. Baş hakim səhvlərə yol verdi. İstədim ki, siz jurnaliustlər baxıb buna qiymət verəsiz”.

 

 

 




Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right