"Qarabağ" azarkeşlərini sevindirdi

Azərbaycan Premyer Liqasının 24-cü turu çərçivəsində lider "Qarabağ" səfərdə "Sumqayıt"In qonağı olacaq.

Newsport.az Ağdam klubunun rəsmi saytına istinadən xəbər verir ki, oyunun bir gün sonraya - aprelin 22-nə təyin edilməsi "CBC Sport" kanalının planlarını pozub. Bu səbəbdən də matç "Neftçi" - "Qəbələ" görüşü ilə birgə paralel şəkildə yayımlanacaq.

Bu səbəbdən də "Qarabağ" oyunu "YouTube" kanalı vasitəsilə canlı yayımlayacaq. Görüş saat 19:00-da start götürəcək. Məlumatı klubun "facebook" səhifəsi yayıb.

Qeyd edək ki, "Qarabağ" "Sumqayıt"a qalib gəlsə, çempionluğu rəsmiləşdirəcək.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right