Milan Duriç: "Komandaya Joze Mouriniyo da gəlsə, vəziyyət dəyişməyəcək" Müsahibə

“Deyiləcək sözüm yoxdur. Biz yenə də məğlub olduq”.

Bu sözləri "Zirə"nin legioner yarımmüdafiəçisi Milan Duriç Newsport.az-ın suallarını cavablandırarkən bildirib:

- Yenə həmişəki səhvlərimiz üzündən məğlub olduq. İrəlidə olan tərəf biz idik. Lakin son nöqtəni qoya bilmədik. Bütün həftə ərzində məşqçimiz bizə rəqibin standart vəziyyətlərdə təhlükəli olduğunu bildirmişdi. Vasilə ərəfəsində də bunu bizə xatırlatı, ancaq ikinci yarı başladıqdan sonra iki standart vəziyyətdən qapımızda qol gördük.

- Əvvəlki oyunlarda komanda qalib gələ bilməsə də, baxımlı oyun sərgiləyirdi. Ancaq bu gün onu da görmədik.

- 10 futbolçumuz zədəlidir. Məşqçimiz də hər dəfə oyunçu problemi ilə üzləşir. Demək olar ki, hər oyuna müxtəlif heyətlərlə çıxırıq. Bu da bizə çətinliklər törədir.

- “Neftçi” kubokda mübarizəni dayandırdıqdan sonra, diqqəti çempionata yönəldiblər. Hər hansı bir təhlükə hiss edirsinizmi ki, Avrokuboklardan da kənarda qalarsınız?

- “Neftçi” ilə xal fərqimiz 1-dir. Növbəti oyunda qələbə qazanacaqları təqdirdə, bizi ötəcəklər. Düzdür, vəziyyətimiz çox çətindir. Vüsal İsgəndərli iki ağrıkəsici iynə ilə meydana çıxmışdı. Ehtiyat oyunçular skamyası demək olar ki, ikinci heyətdən gələn futbolçular idi. Həqiqətən də məşqçimizin böyük problemləi var.

- Səncə, komandada yeni baş məşqçi dəyişikliyinə ehtiyac varmı ?

- Biz baş məşqçimizdən çox məmnunuq. Çünki, məşqçi dəyişikliyi olsa, yeni biri gələcəyi təqdirdə, bəlkə də futbolçular üçün müəyyən cəzalar nəzərdə tutacaq, anacaq, düçünürəm ki, hal-hazırda komandaya  Joze Mouriniyo da gəlsə, klubda vəziyyəti düzəldə bilməyəcək.

- Komandanın bu vəziyyətə düşməsində qış transfer pəncərəsi zamanı klubdan göndərilən futbolçuların rolu varmı?

- Xeyr, bunun heç bir aidiyyatı yoxdur. Çünki, “Neftçi” və “Sumqayıt” kimi komandalarla biz bərabərə qalmışıq. Qış fasiləsindən sonra qələbə qazana bilmədik. Bəlk də qalib gələcəyimiz təqdirdə, nəsə dəyişə bilərdi. Lakin təəsüflər olsun ki, bu günə qədər bunu reallaşdıra bilməmişik.

- Komandanın bu vəziyyətə düşməsində futbolçular özlərini günahkar sayır?

- Bəli, burada hamı günahkardır. Həmçinin mən də. Çünki, 10 oyundur qələbə qazana bilmirik. Mən başqa kluba getdiyim zaman məndən soruşacaqlar ki, 10 oyunda nə baş vedi ki, sən qələbə qazana bilmədin.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right