Vüsal İsgəndərli: "Biz hamımız qəhaman kimi tanınacağıq" Müsahibə

“Bu gün oyunumuz alınmadı. Komanda qara zolağa düşüb, çıxa bilmirik”.

Bu sözləri "Keşlə" "Zirə" matçından sonra 2-1 qonaqların futbolçusu Vüsal İsgəndərli Newsport.az-ın suallarını cavablandırarkən bildirib: 

-Komandda zədəli futbolçular çox idi. Məğlubiyyətinizə səbəb olaraq bunu da göstərmək olar?

-Əlbəttə, bir neçə futbolçu var ki, zədəlidir. Mən özüm də belimdən zədə almışam, lakin meydana çıxıb komandam üçün mübarizə aparmağa məcburam.

-“Zirə”nin yenganə qolunu sən vurdun. Bununla bağlı nə deyə biləsən?

-Çox sevinirəm ki, bu gün fərqləndim.

-Klubun qara zolağdan çıxa bilməməsinin səbəbini nədə görürsünüz?  Problem nədir?

-Bu sual verilən zaman hamı qıraqda dursa, günahkar məşqçi göstəriləcək. Məşqçi deyil günahkar. O, tapşırıq verir və futbolçular buna maksimum əməl etməyə çalışır. Bilmirəm, ancaq oyunmuz alınmır. Lakin həvəsdən düşmək vaxtı deyil. Ən azından azarkeşlərimizi sevindirmək üçün çalışmalıyıq. Çünki, həm üç xal qazanırıq, həm də ailəmizə çörək pulu aparırıq. Bunun üçün də məcburuq ki, məşqçinin və klub rəhbərliyinin ümidlərini doğrultmalıyıq.

-Qarşıda sizi dörd çətin oyun gözləyir. Nə dərəcədə hazırsınız bu görüşlərə?

-Yaxşı oyunçu və kollektiv çətin oyunlar zamanı tanınır. Qarşıdakı dörd oyunu qələbə ilə bitirsək, biz hamımız qəhaman kimi tanınacağıq. O zaman hər kəs deyəcək ki, “Zirə” çox güclüdür”. Ancaq biz elə həmin komandayıq. Sadəcə, alınmır. Sıradan bir vəziyyətlərdə koqapısında qol görür.

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right