“Qarabağ Vyana”nın prezidenti İlham Əliyevi təbrik edib

Avstriyanın "Qarabağ Vyana" klubunun İdarə Heyətinin prezidenti Orxan Vəliyev Azərbaycan prezidenti İlham Əliyevi növbəti dəfə prezident seçilməyi münasibətilə təbrik edib.

Newsport.az xəbər verir ki, o, təbrik məktubunda bildirib ki, 

"Hörmətli cənab Prezident! Sizi Azərbaycan Respublikası Prezidenti seçkilərində inamlı qələbəniz münasibətilə “Karabakh Vienna” Futbol Klubu İdarə Heyətinin kollektivi adından və şəxsən öz adımdan səmimi qəlbdən təbrik edirəm. Cənab Prezident, ali dövlət fəaliyyətinizdə Sizə yeni-yeni uğurlar, xalqımıza sülh və firavanlıq arzu edirəm"

Qeyd edək ki, "Qarabağ Vyana" Avstriyanın aşağı liqasında çıxış edən bir klubdur və yaradıcıları Azərbaycanlı gənclərdir. 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right