U-15 Liqası: 2 oyun təxirə salındı

Bu gün və sabah “Boulevard U-15 Liqası"nda 26-cı turun oyunları keçiriləcək.

Ötən turdan fərqli olaraq bu həftənin nisbətən maraqsız keçəcəyi gözlənilir. Bunun da 2 səbəbi var. Birincisi, çempionatın iddialıları nisbətən zəif rəqiblərlə qarşılaşacaqlar. İkincisi isə, çempionluq uğrunda mübarizə aparan iki komandanın iştirakı ilə keçiriləcək oyunların təxirə salınmasıdır.

Söhbət «Neftçi» - «Qəbələ» və İOEUGİM - «Vətən» matçlarından gedir. Səbəb «Qəbələ» və «Vətən»in 5 futbolçusunun U-16 millimizin düşərgəsində olmasıdır. «Qarabağ»ın istirahət edəcəyi həftədə baş tutacaq 5 oyundan nisbətən maraqlı və prinsipial matç kimi «Neftçi» İK İB – «Səbail» qarşılaşmasını göstərə bilərik.

26-cı tur

21 aprel (şənbə)

13:30 «Keşlə» - «Turan»

(«İnter Arena», 4-cü meydan)

14:00 «Zirə» - «Zaqatala»

(Aviasiya Akademiyasının stadionu)

14:00 «Neftçi» İK İB – «Səbail»

(Lökbatan OİK-nin stadionu)

16:00 İsgəndər Cavadov BFA – «Sumqayıt»

(«Bakı Baza»)

22 aprel (bazar)

16:00 «Kəpəz» - «Viləş»

(Gəncə şəhəri, TİM-nin meydanı)

Bombardirlər: Elvin Abdullayev («Vətən») – 26 qol, Mehrac Baxşəliyev («Qəbələ») – 25 qol.

«Het-trik news» 

 

 

 





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right