"Xəzər" Premyer Liqaya lisenziya üçün bütün sənədləri AFFA-ya təqdim edib"

I Divizionda çıxış edən "Xəzər" qələbələri sıralamaqda davam edir. Komanda növbəti qalibiyyəti "Binə" üzərində qazanıb - 3:0.

Newsport.az-ın məlumatına görə, paytaxt təmsilçinin baş məşqçisi Elşad Əhmədov oyunla bağlı fikirlərini və qarşıdakı perspektivlərini dəyərləndirib.

- İlk dövrədə səfərdə "Binə"yə məğlub olduğumuz üçün matça çox istəkli çıxmışdıq. Şükürlər olsun ki, ilk hissədə hesabı açdıq və ardından ikinci hissədə daha iki qol vuraraq 3:0 hesablı qələbə qazandıq. 

- Ardıcıl qələbələr komandada arxayınlıq yaratmır ki?
- Ola bilər ki, arxayınlıq yaransın. Amma əlimizdən gələni edəcəyik ki, sonra problem olmasın.

- Dünən rəqibləriniz olan "Şüvəlan" və "Qaradağ Lökbatan"ın öz aralarındakı qarşılaşmada heç-heçə etdilər. O matçı izlədinizmi?
- Bəli, oyunu stadiondan izlədik. Hər ikisi yaxşı komandadı. Çempionluq uğrunda da maraqlı mübarizə gedir. Sona 3 tur qalmış hər bir komanda bir-birinə qarşı oynayacaq.

- Elə növbəti turda "Qaradağ Lökbatan"la qarşılaşacaqsınız...
- Bizi olduqca maraqlı oyun gözləyir. "Qaradağ Lökbatan" yaxşı kollektivə sahibdir.

- Bu mövsüm lökbatanlıları məğlub edən komandalardan biri də "Xəzər"di və növbəti tur rəqibiniz üzərində qələbə qazansanız, liderliyi ələ keçirəcəksiniz....
- İnşallah, qələbə qazanmağa çalışacağıq. "Qaradağ Lökbatan" I Divizionda "oturuşmuş" heyətə malik komandadı. Buna görə də bizə çətin olacaq.

- Kənan Mirzəliyev bu gün sarı vərəqə ilə alaraq "Qaradağ Lökbatan"la matçda cəzalı vəziyyətə düşdü. Bunu komanda üçün ciddi itki hesab etmək olarmı?
- Bu, bizi sevindirə bilməz. Kənanın o matçda oynamasını çox istərdik. Çünki son turlar formada idi və istəkli çıxış edirdi. Amma onun yoxluğunu da ciddi itki adlandırmazdım. Heyətimizdə onu əvəz edə biləcək futbolçular var.

- "Xəzər" yeni yaranan komanda olduğu üçün Premyer Liqaya yüksələcəyi halda lisenziya verilməyə bilər...
- "Xəzər" klubu lisenziya üçün lazım olan bütün sənədləri AFFA-ya təqdim edib. Sonrakı proseslər isə klub rəhbərliyi və federasiya arasında olan məsələdi. (Sport24.az)





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right